“Sabah” klubu nigeriyalı hücumçu ilə maraqlanır.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Bakı təmsilçisi vaxtilə Nigeriya millisinin və İngiltərənin “Uotford” klubunun formasını geyinmiş İsaak Saksesi heyətinə qatmaq istəyir. Bildirilir ki, 30 yaşlı hücumçu “Sabah”ın transfer siyahısında yer alıb.
O, ötən mövsüm Liviyanın “Əl-Təavun Əcdabiyə” klubunun heyətində 14 liqa oyununda meydana çıxaraq 6 qol vurub.
Təcrübəli forvard daha əvvəl “Udineze”, “Qranada” və “Uotford” kimi klublarda çıxış edib.

