“Roma” rəhbərliyi kapitanlarından biri olan Paulo Dibala ilə müqavilənin uzadılması istiqamətində danışıqlarda mühüm irəliləyiş əldə edib.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər demək olar ki, bütün şərtlərdə razılığa gəlib və rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir. Müqavilənin bir il uzadılacağı və daha bir il üçün uzatma opsiyasının əlavə ediləcəyi bildirilir.
Argentinalı hücumçu ötən mövsüm bütün turnirlərdə 36 oyunda 14 qol vurub və 11 məhsuldar ötürmə edib.

