02 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın Avropa Liqası oyununa biletlər satışa çıxır 

Avropa Liqası I təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Vestri” oyununun biletləri sabah saat 15:00-dan etibarən satışda olacaq.

İdmanxeber.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün bilet qiymətləri belədir:

Standart biletlərin qiymətləri:
5, 10, 15 və 20 AZN

VIP sektorlar: 50, 75 və 100 AZN
 VVIP sektorlar: 150 AZN

Qeyd: VIP sektora bilet əldə etmiş azarkeşlər üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.

Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Xatırladaq ki, görüş iyulun 9-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43