“İmişli”nin yeni baş məşqçisi açıqlanıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bu vəzifəyə Fərid Namazov təyin edilib. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Bildirilir ki, UEFA Pro kateqoriyalı mütəxəssis karyerası ərzində “Qarabağ”, “Səbail”, Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında uğurla fəaliyyət göstərib.
Qeyd edək ki, daha öncə də bölgə təmsilçisini çalışdıran mütəxəssisin rəhbərliyi altında klub 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.

