03 İyul 2026
Dünya futbolu

Paytaxt klubu portuqaliyalı ilə anlaşdı

“Tottenhem” “Vest Hem”in yarımmüdafiəçisi Mateus Fernandeşi transfer etdiyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı portuqaliyalı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Transferin dəyəri 85 milyon funt sterlinq təşkil edib və bu, London klubunun tarixində ən bahalı ransferlərdən biridir.

Fernandeş ötən mövsüm Premyer Liqada 38 oyunda meydana çıxaraq komandasının əsas simalarından biri olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43