03 İyul 2026
Dünya futbolu

“Liverpul” və “Milan” milli üzvü üçün yarışır

“Liverpul” “Milan”ın və ABŞ millisinin hücumçusu Kristian Pulişiçi transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, mersisaydlılar cinah xəttini gücləndirmək üçün altı nəfərlik siyahı hazırlayıb və Pulişiç əsas namizədlərdən biridir.

“Milan” futbolçunu buraxmağa tələsməsə də, Çempionlar Liqasından kənarda qalması transfer ehtimalını artırır.

Pulişiç ötən mövsüm bütün turnirlərdə 18 qol vurub və 14 məhsuldar ötürmə edib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43