06 İyul 2026
Ölkə futbolu

“Zirə” – “Torpedo” oyununun biletləri satışa çıxır

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Torpedo” (Gürcüstan) oyununun biletləri sabah – iyulun 7-i saat 12:00-dan satışa çıxarılacaq.

İdmanxeber.az-ın məlumatına görə, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 5, 10, 20, və 50 manat təşkil edir.

Satış məntəqələri:

“Zirə İdman Kompleksi”
“Azfar”ın “Baku Arena” filialında.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43