“Mançester Yunayted” “Atalanta”nın yarımmüdafiəçisi Edersonun transferini başa çatdırmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında danışıqlar son mərhələyə çatıb.
Transferin təxminən 45 milyon avroya başa gələcəyi bildirilir.
Ederson ötən mövsüm 49 oyunda 6 qol və 4 məhsuldar ötürmə ilə çıxış edib.

