“Çelsi” yay transfer pəncərəsində Alexandro Qarnaçonu satmağa hazırdır.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı futbolçuya Avropanın bir neçə klubu, o cümlədən “Roma” maraq göstərir. Qarnaço ötən mövsüm Premyer Liqada cəmi 1 qol vurub.
Bununla yanaşı, gənc futbolçu Cessi Derrinin mövsümöncəsi hazırlıqda Xabi Alonsonu razı salacağı təqdirdə əsas komandada daha çox şans qazanacağı bildirilir.
Onun heyətdə ön plana çıxması Qarnaçonun komandadan ayrılmasını sürətləndirə bilər.

