“Aston Villa”nın yarımmüdafiəçisi Amadu Onana ciddi zədə alıb.
İdmanxeber.az-ın məlumatına görə, Belçika millisinin futbolçusu ABŞ-la dünya çempionatının oyununda dizinin ön çarpaz bağlarını (ACL) qoparıb.
24 yaşlı yarımmüdafiəçinin 6-12 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu səbəbdən onun 2026/27 mövsümünün böyük hissəsini, hətta tamamilə buraxa biləcəyi qeyd olunur.

