09 İyul 2026
Dünya futbolu

Xorvatiya millisinin baş məşqçisi bilindi

Xorvatiya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, yığmaya Slaven Biliç rəhbərlik edəcək. 57 yaşlı mütəxəssislə 2028-ci ilin yayına qədər müqavilə imzalanması gözlənilir.

Biliç 2006-2012-ci illərdə də Xorvatiya millisini çalışdırıb. Təcrübəli mütəxəssis son olaraq Səudiyyə Ərəbistanının “Əl-Fateh” klubunda işləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43