14 İyul 2026
Dünya futbolu

“Mançester Yunayted” yeni qapıçısını rəsmən açıqladı: Karl Darlov “qırmızı şeytanlar”da!

“Mançester Yunayted” qapı xəttini təcrübəli adla gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, “Qırmızı şeytanlar” Uels millisinin qapıçısı Karl Darlovun transferini rəsmən elan ediblər. ​”Lids”dən ayrıldıqdan sonra azad agent statusu daşıyan təcrübəli qolkiper yeni klubuna pulsuz transfer olunub.

Onun komandanın əsas qapıçısı Senne Lammensə təcrübəli alternativ olacağı gözlənilir. ​Darlov komandanın ikinci qapıçısı rolunu oynayacaq.

Tom Hitonun üçüncü qapıçı olacağı, hazırda heyətdə yer alan Altay Bayındırın isə bu yay komandadan  ayrılacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43