“Araz-Naxçıvan”ın hücumçusu Ba-Muaka Simakala karyerasını Belçikada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı futbolçu “KAS Eupen” klubu ilə müqavilə imzalayıb. Klub transferi rəsmi sosial media hesabları vasitəsilə açıqlayıb.
Qeyd edək ki, Simakala ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində 36 oyunda çıxış edib və 9 qol vurub.

