“İmişli”nin növbəti mövsüm ev oyunları harda keçirəcəyi müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, bölgə təmsilçisi rəqiblərini Yevlaxda qəbul edəcək. Bu barədə klubun rəsmisi Aqşin Mürsəlov açıqlama verib.
O bildirib ki, artıq “Karvan-Yevlax”la razılıq əldə olunub. Komanda növbəti mövsüm rəqiblərini Yevlax şəhər stadionunda qəbul edəcək.

