17 İyul 2026
Ölkə futbolu

“Neftçi”nin Konfrans Liqasında rəqibi bəlli oldu

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan təmsilçisi növbəti mərhələdə Belarusun “Dinamo” (Minsk) klubu ilə qarşılaşacaq.

Minsk təmsilçisi I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” komandası üzərində iki oyunun yekununa əsasən üstün olub. İlk görüşdə 0:1 hesabı ilə uduzan “Dinamo” cavab matçında 1:0 hesablı qələbə qazanıb. Qalib penaltilər seriyasında müəyyənləşib və Belarus klubu 6:5 hesabı ilə növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, “Neftçi” üçün UEFA Konfrans Liqasının bu mövsümündə mübarizə məhz II təsnifat mərhələsindən başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43