17 İyul 2026
Dünya futbolu

“Tottenhem” ulduz futbolçu üçün hərəkətə keçdi

“Tottenhem” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi ispaniyalının durumunu izləyir və münasib fürsət yaranacağı halda transfer üçün addım atmağı planlaşdırır.

29 yaşlı futbolçu ötən mövsüm 34 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Transfermarkt Rodriyə 100 milyon avro dəyər biçir. Bu iddia hələlik rəsmi təsdiqini tapmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43