18 İyul 2026
Ölkə futbolu

“Qarabağ” – ÇSKA oyununu italiyalı hakim idarə edəcək 

“Qarabağ”ın UEFA Avropa Liqası II təsnifat mərhələsinin ÇSKA ilə keçirəcəyi ilk matçın təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, Bakıda keçirləcək oyunu italiyalı Daniele Çiffi idarə edəcək. Ona yan xətlərdə Covanni Baççini ilə Alessandro Lo Çiçero köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını Daniele Perentsoni yerinə yetirəcək. VAR-da Valeryo Marini, AVAR-da isə Federiko La Penna əyləşəcək.

Qeyd edək ki, “Qarabağ” – ÇSKA qarşılaşması 23 iyul tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43