Azərbaycanlı futbolçu Nizami Səmədov 25 yaşında karyerasını bitirib.
İdmanxeber.az-a verilən məlumata görə, oyunçu futbolla vidalaşmağa qərar verib. O, artıq karyerasındə yeni səhifə açıb.
Belə ki, Səmədov bundan sonra hakimlik edəcək. Sabiq futbolçu artıq yaşıl meydanlara ədalət təmsilçisi kimi çıxacaq.
Xatırladaq ki, N. Səmədov karyerası ərzində “Kəpəz”, “Zirə”, “Qaradağ Lökbatan” və “Mingəçevir” kimi klublarda çıxış edib.

