21 İyul 2026
Dünya futbolu

“Barselona” Kərim Adeyemini təqdim etməyə hazırlaşır

“Barselona” “Borussiya” (Dortmund) klubunun hücumçusu Kərim Adeyeminin transferini başa çatdırmaq üzrədir.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı futbolçu tibbi müayinədən uğurla keçib və yalnız son sənədləşmə işləri qalıb. Hansi Flik yeni mövsümdə onu hücum xəttinin əsas fiqurlarından biri kimi görür.

Adeyemi ötən mövsüm 41 oyunda 17 qol vurub, 10 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43