25 İyul 2026
Dünya futbolu

“Tottenhem” “Atletiko”nun müdafiəçisini hədəfə alıb

“Tottenhem” heyətini yeni mərkəz müdafiəçisi ilə gücləndirmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi “Atletiko”nun futbolçusu Xose Mariya Ximenes üçün rəsmi təklif hazırlayır.

Məlumata görə, İngiltərə klubu təcrübəli uruqvaylı oyunçunun transferini yay hazırlığı başa çatmadan həll etmək niyyətindədir. Madrid təmsilçisi isə yalnız sərfəli maliyyə təklifi gələcəyi halda futbolçunun gedişinə razılıq verəcək.

30 yaşlı müdafiəçi ötən mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Atletiko” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43