“Liverpul” PSJ-nin hücumçusu Bredli Barkolanı yay transfer dövrünün əsas hədəfi müəyyənləşdirib.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu fransalı futbolçunun keçidi üçün rəsmi danışıqlara başlayıb. Bildirilir ki, PSJ oyunçunu yalnız 120 milyon avrodan yuxarı təklif qarşılığında buraxmağa razıdır.
Barkolanın da yeni çağırışa müsbət yanaşdığı iddia olunur. “Liverpul” rəhbərliyi transferi avqustun əvvəlinə qədər yekunlaşdırmağa çalışır.
23 yaşlı cinah oyunçusu ötən mövsüm 49 matçda 18 qol vurub və 16 məhsuldar ötürmə edib.

