“Roma” “Çelsi”nin cinah hücumçusu Alexandro Qarnaçonu heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu argentinalı futbolçu üçün təxminən 38 milyon avroluq təklif hazırlayır. Baş məşqçi oyunçunun sürətini və fərdi keyfiyyətlərini komandanın hücum xətti üçün vacib hesab edir.
“Çelsi” isə sərfəli təklif olacağı halda transferə razılıq verə bilər. Danışıqların yaxın günlərdə sürətlənəcəyi gözlənilir.
22 yaşlı futbolçu ötən mövsüm 44 oyunda 12 qol vurub və 10 məhsuldar ötürmə edib.

