06 İyun 2026
Ölkə futbolu

AFFA Ayxan Abbasovla anlaşdı

AFFA Ayxan Abbasovla əməkdaşlığı davam etdirmək qərarına gəlib.

İdmanxeber.az xəbər verir ki, təcrübəli mütəxəssis bundan sonra da Azərbaycan millisində fəaliyyətini sürdərəcək.

Yaxın günlərdə federasiya Abbasovla yeni müqavilə imzalayacaq. Müqavilənin detalları barədə hələlik məlumat verilməyib.

AFFA U-21 yığmasına isə başqa bir baş məşqçi gətirməyi planlaşdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43