Milli komanda

AFFA mümkün erməni təxribatına qarşı: “Müraciət ünvanlanıb”

AFFA UEFA Millətlər Liqasının qrup mərhələsinin sabah keçiriləcək Slovakiya – Azərbaycan oyununda mümkün erməni təxribatının qarşısını almaq üçün sözügedən ölkədə olan səfirliyimizə müraciət edib.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Firuz Abdulla İdmanxeber.az-a bildirib ki, bu prosedur qaydadı və səfirlik vasitəsi ilə müraciət ünvanlanıb.

Tranavada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xatırladaq ki, son günlər ermənilər Azərbaycanın müxtəlif ölkələrində olan səfirliklərimizə qarşı təxribata cəhd ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43