İdman

“Shusha Chess 2022″nin püşkü atıldı

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən ilk beynəlxalq şahmat turnirinin püşkü atılıb.

İdmanxeber.az xəbər verir ki, iştirakçılar yarış üçün xüsusi hazırlanmış sandıqçaları açaraq üzərində rəqəm yazılmış kağızları çıxarıblar. Püşkatma zamanı qadın şahmatçılara kəlağayı, kişi qrossmeysterlərə isə milli papaq hədiyyə olunub.

“Shusha Chess 2022” turnirinin ilk turunun cütləri

Kişilər

Şəhriyar Məmmədyarov – Qədir Hüseynov

Teymur Rəcəbov – Parham Maqsudlu (İran)

Rüstəm Qasımcanov (Özbəkistan) – Rauf Məmmədov

Vasif Durarbəyli – Hao Vanq (Çin)

Mustafa Yılmaz (Türkiyə) – Vidit Santoş Qucrati (Hindistan)

Qadınlar

Gövhər Beydullayeva – Xanım Balacayeva

Nana Dzaqnidze (Gürcüstan) – Günay Məmmədzadə

Ülviyyə Fətəliyeva – Gülnar Məmmədova

Marsel Efroimski (İsrail) – Yolanta Zavadska (Polşa)

Kübra Öztürk Güvənli (Türkiyə) – Meri Arabidze (Gürcüstan)

Qeyd edək ki, rapid və blits üzrə turnirin oyunları Qarabağ hotelində keçiriləcək. İlk tur bu gün Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Yarışa sentyabrın 24-də yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43