12 İyul 2026
Ölkə futbolu

AFFA-nın baş katibi klublarla görüşdü

AFFA-nın inzibati binasında Misli Premyer Liqası, I və II Liqada çıxış edən klubların nümayəndələri üçün 2024/2025 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, toplantıda iştirak edən milli assosiasiyanın baş katibi Sərxan Hacıyev lisenziyalaşdırma prosesinin vacibliyini vurğulayıb.

İclasda həmçinin UEFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin rəhbəri Ales Zavrl çıxış edərək, iştirakçılara qitə futbol qurumunun Klubların Lisenziyalaşdırılması və monitorinq prosesi, Azərbaycan klublarının maliyyə və digər göstəricilərinin müqayisəli təhlilini və UEFA-nın Qadınlar arasında Çempionlar Liqasında çıxış etmək üçün lisenziyalaşdırma tələbləri barədə ətraflı məlumat verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43