“Şturm”un (Avstriya) futbolçusu Xavi Serrano Avroliqa qrup mərhələsi çərçivəsində keçiriləcək “Sportinq”lə ev oyununda iştirak etməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı ispan yarımmüdafiəçi məşq zamanı arı udub. Serranoya şişin qarşısının alınması üçün buz qoyulsa da, sonradan xəstəxanaya aparılıb.
Futbolçunun səhhətinin normal olduğu bildirilsə də, Avroliqa oyununda meydana çıxmayacaq.
Bu gün keçiriləcək “Şturm” – “Sportinq” oyunu saat 23:00-da başlayacaq.

