Kateqoriyasız

AFFA rəsmisi Avropa çempionatının final matçına təyinat aldı

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə 17 yaşadək futbolçular arasında təşkil olunan Avropa çempionatının final oyununa təyinat alıb.

İdmanxeber.az xəbər verir ki, o, iyunun 1-də Fransa və Niderland yığmaları arasında keçiriləcək qarşılaşmada UEFA nümayəndəsi olacaq.

Hacı-Məhərrəmov daha əvvəl A qrupunda Almaniya – Lüksemburq, B qrupunda Fransa – Polşa, D qrupunda Şotlandiya – Portuqaliya, 1/4 finalda isə Danimarka – Serbiya qarşılaşmalarında analoji vəzifəni yerinə yetirib.

Final görüşü saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43