Milli komanda

Millinin Qazaxıstanla oyun üçün proqramı bilindi

Azərbaycan millisinin UEFA Millətlər Liqasında Qazaxıstanla oyun üçün səfər proqramı məlum olub.

İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, yığma komanda iyunun 1-də saat 14:15-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Nur-Sultana yola düşəcək.

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi iyunun 2-də mətbuat konfransı keçirəcək və komandanın açıq məşqi olacaq.

Milli oyundan sonra Belarusla qarşılaşma üçün Serbiyaya yollanacaq.

Azərbaycan millisi iyunun 3-də Nur-Sultan şəhərində Qazaxıstan, bundan üç gün sonra isə Serbiyanın Novi Sad şəhərində Belarus yığmasının qonağı olacaq. Yığma komanda iyunun 10-da Slovakiyanı, iyunun 13-də isə Belarusu Bakıda qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43