06 İyul 2026
Ölkə futbolu

AFFA rəsmisi Çempionlar Liqası oyununda

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayevaya UEFA-dan təyinat verilib.

Bu barədə İdmanxeber.az-a qurumun mətbuat xidmətindən bildirilib.

O, UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsində baş tutacaq “Dinamo” (Minsk, Belarus) – “Ludoqorets” (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma noyabrın 1-də Bolqarıstanın Razqrad şəhərində yerləşən “Eagles Nest Stadium”da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43