Kateqoriyasız

AFFA “Turan-Tovuz”la bağlı tender elan etdi

AFFA Tovuz rayonunda, “Turan-Tovuz” klubunun nəzdində Futbol Akademiyası, təlim-məşq bazası və stadion üçün alınacaq avadanlıqlar ilə əlaqədar tender elan edib. Bu barədə məlumatı qurum rəsmi saytı vasitəsilə yayıb.

Tenderdə iştirak etmək istəyənlər “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini müvafiq qaydada dolduraraq təkliflərini AFFA-ya göndərməlidilər. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”i təqdim olunmayacağı halda, həmin təklif tenderə qatıla bilməyəcək.

Tenderdə iştirak etmək istəyənlər təkliflərini və “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini avqustun 5-dək [email protected] elektron ünvanına göndərə bilərlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43