Kateqoriyasız

“Qarabağ” – “Partizani” oyununun hakimləri açıqlandı

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Partizani” (Albaniya) matçının hakimləri açıqlanıb.

İdmanxeber.az UEFA-nın saytına istinadə xəbər verir ki, görüş Moldovadan olan hakimlər briqadasına tapşırılıb.

Matçı Dumitru Muntean idarə edəcək. Ona Vladislav Lifçiu və Andrey Bodean kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Aleksandru Tean yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ” – “Partizani” oyunu iyulun 17-də “Dalğa Arena”da keçiriləcək. Komandalar arasında Albaniyada oynanılan görüşdə qol vurulmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43