04 İyun 2026
Ölkə futbolu

AFFA “Turan Tovuz”un şikayətini təmin etmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz”un şikayətinə baxıb.

İdmanxeber.az xəbər verir ki, qurum Qərb bölgəsi təmsilçisinin baş məşqçi Kurban Berdiyev barəsində verilən qərardan şikayətini təmin etməyib:

1. “Turan Tovuz” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

2. 12 aprel 2025-ci il tarixdə Misli Premyer Liqasında XXX tur çərçivəsində keçirilən “Turan Tovuz” – “Sabah” oyununun 19-cu dəqiqəsində “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdiyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün baş məşqçinin 3 oyun şərti olmaqla 5 oyun cəzalanması, klubun 4000 AZN məbləğində cərimə olunması və şərti cəzaya dair 3 ay sınaq müddəti təyin olunması (qüvvədə olan AFFA İntizam Məcəlləsinin 43.4-cü və 32-ci maddələri) barədə AFFA İntizam Komitəsinin 16 aprel 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.

3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43