04 İyun 2026
Dünya futbolu

Ərəblər İtaliyaya gəldi – İnzaqi üçün

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “İnter”in baş məşqçisi Simone İnzaqini komandanın başına gətirmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, ərəblər artıq danışıqlar üçün Milan şəhərinə gəliblər. Onlar “İnter” rəhbərliyi iıə görüşüb İnzaqini razı salmağa çalışacaqlar. 

İtaliyalı mütəxəssis bu yaxınlarda “İnter”lə müqavilə uzadıb. O, Milan klubunda illik 7 milyon avro qazanacaq. 

“Əl-Hilal” isə İnzaqiyə 20 milyon avroya qədər maaş təklif edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43