“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Kenan Yıldız barəsində danışıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli baş məşqçi gənc ulduz haqqında bunları deyib:
“Sabah Kenan saçlarını kəsdirəcək, oyununa girdikdən sonra 100 dəfə saçlarıyla oynadı. Bundan sonra işimiz yüngülləyəcək”.
18 yaşlı vunderkid “Yuventus”un səfərdə “Udineze”yi 3-0 məğlub etdiyi oyunda, son 5 dəqiqədə oyuna girərək “qoca sinyora”nın heyətində debüt edib.

