09 İyul 2026
Dünya futbolu

“Mançester Siti”dən 60 milyonluq təklif

“Mançester Siti” Jeremi Doku üçün “Renn”ə 60 milyon avroluq təklif verib.

İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” bu həftə ərzində Fransa klubu ilə razılıq əldə etmək istəyir.

Doku 2020-ci ildən çıxış etdiyi “Renn”də 92 oyuna 12 qol vurub və 10 məhsuldar ötürmə edib. Belçika millisində isə 14 oyuna 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43