09 İyul 2026
Dünya futbolu

Sançes “İnter”ə qayıda bilər

Aleksis Sançes yenidən “İnter”ə qayıtmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, bu xəbəri İtaliya klubunun idman direktoru Cüzeppe Marotta da təsdiq edib.

Çilili futbolçu ötən mövsüm “Nerazzurri”ni “Marsel”ə dəyişmişdi. O, Fransa klubunda 44 oyuna 18 qol vurub və 3 məhsuldar ötürmə edib.

“İnter” həmçinin 30 milyon avroya Benjamin Pavarı da transfer etmək üçün “Bavariya” ilə son danışıqları aparır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43