Almaniyanın “Bayer”(Almaniya) klubundan ayrılan qapıçı Andrey Lunyov karyerasını Azərbaycanda davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı qapıçı “Qarabağ” klubu ilə anlaşıb. Onun yaxın vaxtlarda ölkəmizə gəlməsi gözlənilir.
Ötən mövsümü “Beyer”də keçirən qolkiper hazırda azad agent statusu daşıyır.
Lunyov Rusiyanın əsas millisində 7 oyun keçirib.

