İdman

Almaniya və Türkiyə millimizin rəqibi oldu

Qadın voleybolçular arasında 2023-cü il Avropa çempionatının püşkü atılıb.

İdmanxeber.az xəbər verir ki, İtaliyanın Napoli şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

Yığmamız C qrupunda Almaniya, Türkiyə, Çexiya, İsveç və Yunanıstan kollektivləri ilə mübarizə aparacaq.

Avropa çempionatı Belçika, İtaliya, Estoniya və Almaniyanın birgə ev sahibliyi ilə təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43