Dünya futbolu

Almeyda ilk qolunu vurdu, “Astana” qalib gəldi

Qazaxıstan çempionatının növbəti turunun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Qazaxıstan çempionatının 26-cı turunda Almeydanın formasını geyindiyi “Astana”  “Akjayık”a 2:1 hesabı ilə qalib gəlib. Azərbaycan millisinin üzvü matçın 23-cü dəqiqəsində penaltidən yararlanaraq komandasını önə keçirib. Bu, Riçardın cari mövsümdəki ilk qolu olub.

Qeyd edək ki, oyuna start heyətdə başlayan brazilyalı, matçın 46-cı dəqiqəsində əvəzlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43