07 İyul 2026
Dünya futbolu

Ançelotti “Real”dan gedə bilər

“Real”ın baş məşqçisi Karlo Ançelotti klubu tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 65 yaşlı italyan yorğunluq səbəbindən Madrid klubundan ayrılmağı düşünür. Ançelottinin hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

“Real” İspaniya çempionatının turnir cədvəlində 60 xalla lider “Barselona”dan 3 xal geri qalaraq ikinci yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43