07 İyul 2026
Ölkə futbolu

İntizamsızlıq etdi, Samir Abasovun qəzəbinə tuş gəldi

“Neftçi”nin futbolçusu Alfa Konte Samir Abasovun qəzəbinə tuş gəlib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, futbolçunun intizamsız davranışları məşqçinin səbrini tükədib. Ona bir neçə dəfə xəbərdarlıq edilsə də, oyunçu buna məhəl qoymayıb. Nəticədə, Abasov onu cəzalandırıb.

Təcrübəli mütəxəssis 25 yaşlı oyunçunu komandadan uzaqlaşdırıb. Yarımmüdafiəçi əvəzedici heyətə göndərilməsə də, bir müddətdir fərdi şəkildə məşq edir. Onun komandanın sıralarına nə zaman qayıdacağı məşqçinin qərarından asılı olacaq. 

Kontenin adı Misli Premyer Liqasının son turu çərçivəsində keçirilən “Araz Naxçıvan” oyununun (1:1) iştirak ərizəsində daxil edilməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43