Dünya futbolu

“Ançelottinin ofsayddan şübhələnməsi təəccüblüdür” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi “Real”la oyun sonrası fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma Kataloniya təmsilçisinin 2:1 hesablı qələbə ilə sona çatıb. “Barsa”nın baş məşqçisi Xavi Hernandes oyun sonrası Madrid klubunun ləğv edilən qoluna da münasibət bildirib:

“Real”ın vurduğu qol ofsayd idi. Bu, elmi faktdır. Ançelottinin ofsayddan şübhələnməsi məni təəccübləndirdi. Burada başqa fikir ola bilməz. VAR sistemini bəyənirəm. Çünki futbolda ədaləti bərpa edir. Xüsusən də ofsayd epizodlarında.

Oyunda biz üstünlük təşkil etdik, daha çox şans yaratdıq. Komandam müdafiədə, həm də hücumda çox çalışdı. Bu qələbə bizim üçün çox önəmlidir. Düşünürəm ki, yaxşı oynadıq. Oyuna nəzarəti biz etdik. Rəqibi daim təzyiqdə saxladıq. Ümumi götürsək, “Real”dan daha yaxşı idik. Son ana qədər Serxi Roberto və Frank Kessie arasında seçim edə bilmədim. Sonda hər şey əla alındı, hər ikisi də qol vurdu”.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43