Dünya futbolu

“El Klasiko”da 100-cü qələbə

İspaniya La Liqanın 26-cı turunda “Barselona” ilə “Real” üz-üzə gəlib.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi görüşdən 2:1 hesabı ilə qalib ayrılıb. Bu qələbə “Barselona” üçün əlamətdar olub.

Belə ki, Kataloniya klubu bununla “El Klasiko”da 100-cü qalibiyyətini alıb. Tərəflər arasında bu günə qədər 253 oyun keçirilib.

Bunlardan 100-nü “Barsa”, 101-ni “Real qazanıb. 52 matçda isə heç-heçə qeydə alınıb.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43