Dünya futbolu

“Məğlubiyyətə layiq deyildik” – Ançelotti

Derbide “Barselona”ya uduzan “Real”ın baş məşqçisi Karlo Ançelotti matçdan sonra açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis ofsaytdan sayılmayan qol haqda da danışıb:

“Bu gün komanda məğlubiyyətə layiq deyildi. Şübhəli bir ofsayt səbəbində qələbə qazana bilmədik”.

Qeyd edək ki, “Real” son dəqiqələrdə buraxdığı qolla “Barsa”ya səfərdə uduzub – 1:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43