Ölkə futbolu

Andrey Lunyov: “Qələbə qazanmağa və yolumuza davam etməyə çalışacağıq”

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” klubuna rəqib olmaları barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, Rusiya mətbuatına açıqlama verən təcrübəli qolkiper komandanın şanslarını belə dəyərləndirib:

“Qələbə qazanmağa və yolumuza davam etməyə çalışacağıq. Daha əvvəl qrupda üz-üzə gəlməyimiz bir tərəfdən müsbət məqamdır. Bu kollektivlə tanışıq. Rəqib məğlubiyyətsiz oyunlar seriyasına malikdir və onlarda əlavə stimul var. Bu, “Bayer 04″dür. Onlara qarşı yaxşı mübarizə aparmaq lazımdır.

Onlar turnirin favoritlərindən biridirlər. “Slaviya” (Çexiya) düşsəydi, daha asan olardı. Amma məncə, indiki mərhələdə zəif rəqib yoxdur”.

“Qarabağ” ilə “Bayer 04” arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43