Dünyadan

“Qarabağ”a boyun əyən “Braqa” futbolçuları azarkeşlərin qəzəbinə tuş gəldi – ÖZƏL VİDEO

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” səddini aşa bilməyən “Braqa” azarkeşləri klubun rəhbərliyinə, məşqçi və futbolçu heyətinə çox qəzəblidir.

İdmanxeber.az-ın məlumatına görə, ötən gecə azlıqda qalan “Qarabağ”la matçda heç cür istədiyi nəticəni əldə edə bilməyən “Braqa”nın futbolçuları oyundan sonra Portuqaliyadan gələn fanatlarına təşəkkür etmək üçün onların yerləşdiyi tribunaya tərəf yönəlsələr də, istəmədikləri bir mənzərə ilə qarşılaşıblar. Belə ki, “Braqa” azarkeşləri narazılıqlarını əl işarəsi ilə onlara bildirib. Hətta azarkeşlər futbolçuların tribunaya yaxınlaşmamasını tələb ediblər. “Braqa”nın üzvləri isə yalnız pərişan halda azarkeşlərin haqlı narazılığına baxmaqla cavab veriblər.

Həmin anları sizə təqdim edirik:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43