Kateqoriyasız

APOEL-in düşərgəsindən “Qarabağ” üçün şad xəbər

Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”ın qonağı olacaq APOEL klubu ciddi itkiylə üzləşib.

Komandanın yarımmüdafiəçisi Tomas De Vinsenti zədə səbəbindən oyunu buraxacaq. Bu barədə Kiprin APOEL klubunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos məlumat verib: “De Vinsenti zədə səbəbindən iştirak ərizəsinə salınmadı. Baş məşqçi ən hazırlıqlı futbolçuları seçib”.

30 yaşlı futbolçu ÇL-in III təsnifat mərhələsində “Qarabağ”la cavab görüşündə APOEL-in ilk qolunu vurmuşdu. Argentinalı oyunçu penaltidən fərqlənmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43