28 İyun 2026
Ölkə futbolu

Araz Abdullayev rəsmən legioner oldu – FOTO

“Qəbələ”nin və milli komandamızın futbolçusu Araz Abdullayevin “Anortosis” klubuna keçidi rəsmiləşib.
İdmanxeber.com-un məlumatına görə, bu barədə Kipr klubunun rəsmi saytı məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi Famaqusta təmsilçisində icarə əsasında çıxış edəcək. Müqavilənin müddəti 1 illikdir.
Qeyd edək ki, A.Abdullayev bu ilin qış transfer pəncərəsində “Qəbələ”yə keçib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43