28 İyun 2026
Ölkə futbolu

“Qarabağ” – “Kopenhagen” oyununa 15 mindən artıq bilet satılıb

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı “Kopenhagen”lə oyunun biletləri bu gün saat 10:00-dan etibarən satışa çıxarılıb. 
İdmanxeber.com-un klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, bilet satışının ilk günündə artıq 15 mindən çox bilet satılıb. Bu isə onu göstərir ki, azarkeşlərin oyuna marağı həddindən artıq böyükdür.

Qeyd edək ki, biletləri Tofiq Bəhramov adına stadionun kassalarından əldə etmək olar. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43